Suriyada döyüşən azərbaycanlı terrorçulara hökm oxundu 31 Avqust 2015 01:00 Hüquq Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Bəhruz Rəsulov 12 il, Nadir Əlixanov 13 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb. Teqlər : #Suriyada döyüşən azərbaycanlı terrorçulara hökm oxundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Xədicə İsmayılova məhkəmədə son söz söyləyəcək Elnarə Tofiqqızının ölümü ilə bağlı təqsirləndirilən həkim məhkəmə zalında həbs edilib