İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə

İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə

"Avro-2016"da qrup mərhələsinin III turuna start verilib.

Qol.az-ın məlumatına görə, A qrupunda iki oyun keçirilib.

Lider Fransa yığması İsveçrə ilə qarşılaşıb.Fransa artıq 1/8 finala vəsiqəni təmin etdiyi üçün bu görüş onlar üçün formal xarakter daşıyırdı. Qolsuz başa çatan oyun İsveçrəni 1/8 finala yüksəldib. 

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi Rumıniya ilə münasibətlərinə aydınlıq gətirib. Keçirdiyi hər iki görüşü məğlub başa vuran albanlar bu oyunda qələbə qazanıb - 1:0. Bununla da Albaniya millisi mərhələ adlamaq şansını saxlayıb. Bu, həm də Albaniyanın Avropa çempionatında ilk qələbəsi kimi əlamətdar olub. /

19 iyun

A qrupu

23:00. Rumıniya - Albaniya - 0:1 
Qol: 
Sadiku, 43
Baş hakim: Pavel Kraloveç
Yan xətt hakimləri: Roman Slişko, Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Lion. Şəhər stadionu

23:00. İsveçrə - Fransa - 0:0 
Baş hakim:
 Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Marko Frits (Almaniya)
Lill. “Pyerr-Morua” stadionu

N Komandalar O Q H M T-F X
1 Fransa 3 2 1 0 3-1 7
2 İsveçrə 3 1 2 0 3-2 5
3 Albaniya 3 1 0 2 1-3 3
4 Rumıniya 3 0 1 1 2-4 1

 

Google+ WhatsApp ok.ru