Ötən 10 il ərzində xərçəng xəstəliyinə tutulanların sayı 33 faiz artıb

Ötən 10 il ərzində xərçəng xəstəliyinə tutulanların sayı 33 faiz artıb

Yeni bir araşdırmanın nəticələrinə görə, dünyada ötən 10 il ərzində xərçəng xəstəliyinə tutulanların sayı 33 faiz artıb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, 2015-ci ildə  dünyada 17,5 milyon nəfərdə xərçəng xəstəliyi aşkarlanıb. 8.7 milyon nəfər isə bu xəstəliyə tutulduğu üçün həyatını itirib.
 
Araşdırmanın nəticəsinə görə, qocalıq və  cəmiyyətin artımı xərçəng xəstəliyinə tutulmanın əsas amilidir. Araşdırmaçılar deyir ki, hər 3 kişidən biri və hər 4 qadından biri xərçəng xəstəliyinə tutulma təhlükəsi ilə üz-üzədir. 
 
Kişilər arasında Prostat xərçəngi ən geniş yayılmış xəstəlikdir ki, 1.6 milyon nəfər dünyada bu xəstəlikdən əziyyət çəkir. Kişilər arasında ölüm əsasən nəfəs borusu, bronxlar və ağ ciyər xərçəngindəndir.
 
Qadınlar arasında isə ən geniş yayılmış xərçəng növü döş xərçəngidir ki, 2.4 milyon nəfər dünyada bu xəstəliyə tutulub. Bu növ xərçəngdən qadınlar arasında ölüm hallarıda çoxluq təşkil edir. 
 
Vaşinqton Universitetinin araşdırmasına görə, uşaqlar arasında ən geniş yayılmış xərçəng növü qan xərçəngi, Linfa xərçəngi qeyri Hodgkin lenfoma (nhl), beyin və sinir sisteminin xərçəngidir.  
 
Bu araşdırmanın nəticələri  dekabrın 3-də “ JAMA” onkoloji jurnalda dərc olunub. 
 
Araşdırmaçılar bildirir ki, dünyada ikinci ən əsas öldürücü xəstəlik xərçəng xəstəliyidir.
 

Google+ WhatsApp ok.ru