Uşağın görməsini qorumaq üçün ən vacib ŞƏRT 05 Dekabr 2016 02:00 Sağlamlıq Müasir uşaqlar və yeniyetmələr açıq havada az olur, asudə vaxtlarını televizor və ya kompüter qarşısında keçirməyə üstünlük verirlər. Alimlərin fikrinə görə, bu çox təhlükəlidir və həm uşaq vaxtlarında, həm gələcəkdə ciddi görmə problemlərinin inkişafına təkan verə bilər. Daily Mail xəbər verir ki, Böyük Briyaniya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, B-spektrdan olan ultrabənövşəyi şüalarının təsiri miopiyanın (yaxınıgörmə) riskini azaldır. Əksinə isə bu şuaların təsirinin az olması miopiya və digər görmə pozulmalarının riskini artırır. Bu xüsusilə uşaqlar və cavan insanlar üçün vacibdir. Araşdırmalar göstərib ki, uşaq vaxtı açıq havada az vaxt keçirən böyüklər arasında görmə ilə bağlı olan problemlərə daha tez-tez təsadüf edilir. (saglamolun.az) / Teqlər : # Uşağın görməsini qorumaq üçün ən vacib ŞƏRT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda 530 mindən çox əngəlli insan var Ötən 10 il ərzində xərçəng xəstəliyinə tutulanların sayı 33 faiz artıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir