Tale Bağırovun karser cəzası 1 aya qədər artırıldı

Tanınmış ilahiyyatçı alim, vicdan məhbusu Tale Bağırovun 12 saylı Cəzçəkmə Müəssisəsində "kars"a salınması barədə məlumat vermişdik. Ötən həftənin 4-cü günü 1 həftəlik karserə salınan ilahiyyatçının cəza müddəti oktyabr ayının 23-ü bitməli idi. Lakin Tale Bağırovun karser cəzası bitər-bitməz, 1 aya qədər artırılıb. Maide.az xəbər verir ki, bu barədə "Azadxəbər"ə ilahiyyatçının yaxınları məlumat veriblər.    
 
Qeyd edək ki, Tale Bağırzadə guya həbsxananın vahid forma geyiminə riayət etmədiyinə görə karserə salınmışdır.  
 
Onu da xatırladaq ki, hazırda həbsdə olan digər ilahiyyatçı alimlər AİP lideri Mövsüm Səmədov və ruhani Abgül Süleymanov karserə salınıb. Ölkə ictimaiyyəti və inanclı kəsim ruhanilərlə bağlı baş verənləri sırf siyasi sifariş hesab edirlər.

Google+ WhatsApp ok.ru