Tale Bağırovun müavini karserə salınıb

Tale Bağırovun müavini karserə salınıb

 
İlahiyyatçı Tale Bağırovun müavini Elçin Qasımov Kürdəxanı təcridxanasında 5 sutkalıq karserə salınıb.
 
Bu barədə “Turan” İnformasiya Agentliyinə onun vəkili Elçin Qəmbərov məlumat verib.
 
“Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib. Əvəzində isə “operativ olaraq” karserə salıblar. Hesab edirəm ki, bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”, - vəkil bildirib.
 
E.Qasımovun hansı səbəbdən karserə salınması barədə vəkilinə bilgi verilməyib.
 
Bu məsələyə Penitensiar Xidmetin də İctimaiyyətlə Əlaqələr şöbəsindən aydınlıq gətirmək, hələlik mümkün olmayıb.
 
E.Qasımov noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.
 
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. (Azadlıq Radiosu) /

Google+ WhatsApp ok.ru