Taleh Bağırova qarşı qətl və digər ağır ittihamlar irəli sürülüb - YENİLƏNİB

 Taleh Bağırova yeni ittihamlar elan edilib.
 
Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, bunlar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələridir.
 
Bundan əvvəl T. Bağırov  214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunurdu.
 
Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.
 
***
 
 
Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə və digər 20 nəfərlə bağlı cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaqdadır.
 
Vəkil Elçin Sadıqov bunu AzadlıqRadiosuna bildirib.
 
Vəkilin deməsinə görə, istintaq orqanı T.Bağırzadəyə qarşı yeni məzmunda yekun ittiham aktı elan edib. Amma vəkil yeni ittihamların məzmunu barədə açıqlama verməyib.
 
E.Sadıqov cinayət işi üzrə ibtidai istintaqın yaxın günlərdə bitəcəyini deyib. Tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılmaqdan ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir.
 
«Taleh Bağırzadə ittihamları qəbul etmir. İttihamların hamısını uydurma və əsassız sayır», - deyə vəkil qeyd edib. (azadliq.org)

Google+ WhatsApp ok.ru