Taleh Bağırovun növbəti məhkəmə prosesi keçirildi

AzadXeber.net-in verdiyi məlumata görə, bu gün ilahiyyatçı Tale Bağırovun növbəti məhkəmə prosesi keçirilib. Sabunçu Rayon Məhkəməsində baş tutan prosesdə T. Bağırov kamerasından tapılan telefonla əlaqədar mühakimə edilib. Məhkəmə prosesində ilahiyyatçı ilə telefon əlaqəsi yaradan şahidlər dindirilib və onlar etiraf ediblər ki, Tale Bağırovla telefonla danışıblar. 
 
Hakim Süleyman Ağayevin hakimliyi ilə baş tutan məhkəmə prosesi avqust ayının 7-si, saat 11:00-a qədər təxirə salınıb.  

Google+ WhatsApp ok.ru