Taleh Bağırzadənin vəziyyəti ilə bağlı Penitensiar Xidmət niyə açıqlama vermir?

Tanınmış ilahiyyatçı alim Tale Bağırzadəsaxlandığı 12 saylı Cəza Çəkmə Müəssisəsində ona qarşı olunan haqsızlıqlarla bağlı ölkə ictimaiyyətinə müraciət etməsi barədə məlumat vermişdik. Sözügedən müraciətdən sonra Tale Bağırzadəyə qarşı təzyiqlərin və basqıların daha da artdığı bildirilir. Bu barədə AzadXeber.net-ə ilahiyyatçının yaxınları məlumat veriblər. Müraciət yayılan gündən sonra onunla əlaqə saxlamağın mümkün olmadığını söyləyən ilahiyyatçının yaxınları, Taleh Bağırzadənin taleyindən nigaran qaldıqlarını söyləyiblər:
 
“Adətən mütəmadi şəkildə Taleh Bağırzadə ilə bir neçə gündən bir əlaqə saxlaya bilirdik. Lakin müraciət yayımlandıqdan sonra neçə gündür ki, onunla əlaqə saxlaya bilmirik. Mümkündür ki, Hacını yenidən karsa salsınlar. Hətta bu barədə Penitensiar Xidmətlə Əlaqə saxlasaq da problemə aydınlıq gətirilmədi.” 
 
AzadXeber.az olaraq Tale Bağırzadə ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün Penitensiar Xidmətlə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, qanunvericiliyə əsasən hansısa məhbus əgər CÇM-nin rəhbərliyi tərəfindən qanuni formada tənbeh edilibsə, bu barədə ictimaiyyətə məlumat verilmir. Bu cür məlumatları məhbusların yaxınlarına, mediaya açıqlamaq qanunvericiliklə qadağan olunub. 

Google+ WhatsApp ok.ru