Taleh Bağırzadə onların terrorçu adlandırmasına etiraz edib

Taleh Bağırzadə onların terrorçu adlandırmasına etiraz edib

"Nardaran işi" üzrə təqsirləndirilənlər televiziyalarda terrorçu adlandırılmalarına etiraz ediblər. 
 
Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə "Nardaran işi" üzrə növbəti məhkəmə prosesi keçirilir.
 
Prosesdə ilahiyyatçı Taleh Bağırzadə çıxış edib.
 
O, televiziyaların Nardaran hadisələrinə görə saxlanılan şəxsləri terrorçu adlandırmasına etiraz edib.
 
T. Bağırzadə bunun sifarişlə olduğunu deyib: "Bizi terrorçu, kəşfiyyatçı kimi qələmə verirlər. Mən İranda və İraqda təhsil almışam və bu səhifələr elə ağdır ki, heç nə tapa bilməzsiniz. Hamı görür ki, bizim günahımız yoxdur".
İlahiyyatçı demokratik quruluş üçün mübarizə apardıqlarını bildirib.
 
İclasda təqsirləndirilən şəxslərdən Etibar İsmayılov və Bəhruz Əsgərov ifadə verib. Onlar istintaq zamanı işgəncəyə məruz qaldıqlarını deyiblər. (islamazeri)

 

Google+ WhatsApp ok.ru