Toksikologiya şöbəsinin müdiri: Saxta dərmanları ayırd etmək üçün bunları edin

Son zamanlar ölkəmizdə dərman zəhərlənməsi halları çoxalıb. Bu cür zəhərlənmələr insan ölümü ilə də sonunclanır. Bidiyimiz kimi, dünən Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirdi ki, Nüşabə Tağıyeva  adlı Bakı sakini bu cür zəhərlənmənin qurbanı olaraq, dünyasını dəyişib. 
 
Mövzu ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Maide.Az –a açıqlamasında bildirib ki, il ərzində dərman zəhərlənməsi diaqnozu ilə mərkəzimizə 250-300 nəfər insan müraciət edir.  “Bu xəstələrin içərisində 60-70%-i yoxlanılaraq, evlərinə buraxılır. Lakin yoxlama zamanı aydın olsa ki, kiminsə qanında zəhərlənmə halları var, onlar mərkəzimizdə saxlanılaraq, müailcə olunur.”
 
A.Maqsudov deyib ki, dərmandan  zəhərlənmə hallarının qarşısını almaq üçün nazirliyimizin daxilində Analitik Ekspertiza Mərkəzi yaradılıb. “Bu mərkəz satışa çıxarılan bütün dərmanları yoxlayaraq, bazara çıxıb-çıxmamasını müəyyənləşdirir. Qaldı ki, saxta dərmanların bazara daxil olmasına, bu qaçaqmalçılıq və s. kimi hallarla mümkün ola bilər. Mən sizi əmin edirəm, ölkə daxilində olan apteklərdə bu cür keyfiyyətsiz dərmanların olması mükün deyil.”
 
Saxta dərmanları  ayırd etmək üçün isə  A.Maqsudov dərmanların üstündəki halaqram və sertifikatın olmasına diqqət edilməsini zəruri hesab edir. “Əgər aldığınız dərmanların üzərində halaqram və sertifikat yoxdursa, bu cür dərmanlar almayın. Bundan savayı, alınan dərmanların qutusunun daxilində Azərbaycan dilində dərmanın xüsusiyyətlərinə dair yazı yoxdursa belə dərmanlardan uzaq durun.” /
 
 

Google+ WhatsApp ok.ru