Toyuq ətini yemək üçün 4 mühüm səbəb

Toyuq ətini yemək üçün 4 mühüm səbəb

Sağlam qalmaq üçün edilməsi lazım olan ən mühüm addımın sağlam qidalanma olduğunu vurğulayan mütəxəssislər sağlam qidalanmada toyuq ətinin böyük rolu olduğunu bildirdilər. İndi isə, gəlin toyuq əti yeməyiniz üçün 4 önəmli səbəblə tanış olaq:

 

1. Xəstəliklərdən qoruyur

Aparılan bir çox tədqiqat nəticəsində məlum olub ki, toyuq ətinin istehlakı kökəlməyə, ürək damar xəstəliklərinə və şişlərin yaranmasına qarşı təsirə malikdir. Doymuş yağ nisbətinin aşağı olması, natrium miqdarının az olması, selen kimi güclü bir antioksidant ehtiva etməsi, B 12 vitamini baxımından zəngin olması və dəmir tərkibinin yüksək olması toyuq ətinin ən mühüm xüsusiyyətlərindəndir.

 

2. Həzmi asandır

İstehlak etdiyiniz qidanın içində yer alan protein miqdarı qədər, orqanizminizin bu zülalın nə qədərini həzm etdiyinin də əhəmiyyətli olduğunu vurğulayan mütəxəssislər toyuğun həzm olunma baxımından nümunə sayıla biləcək qida qrupunda yer aldığını bildiriblər.

 

3. Selen mənbəyi

Güclü antioksidant quruluşu ilə əzələ zəifləməsinin qarşısını alan, qan hüceyrələrinin məhvini gecikdirən selen istehlakı böyüklər üçün gündəlik 40 - 55 mikroqram olmalıdır. Toyuğun bud ətinin 100 qramı, təxminən gündəlik ehtiyacınızın yarısını ödəyir.

 

4. Çəkinizə nəzarət etməyə yardımçı olur

Doymuş yağ tərkibinin aşağı olması və asan həzmi sayəsində tox tutmaq xüsusiyyəti yüksək olan toyuq əti artıq kalori qəbulunun qarşısını alır. (deyerler.org) /

Google+ WhatsApp ok.ru