Türkiyənin `Avro-2016`da ilk sınağı

Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün D qrupunda bir oyun keçiriləcək.

Azərbaycan futbol azarkeşlərinin diqqəti Parisə yönələcək. Burada Türkiyə millisi Xorvatiya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, qrupun digər oyunu İspaniya - Çexiya matçı sabah keçiriləcək.

Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.

12 iyun


D qrupu

17:00. Türkiyə - Xorvatiya
Baş hakim:
 Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius və Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson və Markus Strömberqsson (hamısı İsveç)
Paris. "Park de Prins" stadionu.

N Komandalar O Q H M T-F X
1 İspaniya 0 0 0 0 0-0 0
2 Türkiyə 0 0 0 0 0-0 0
3 Xorvatiya 0 0 0 0 0-0 0
4 Çexiya 0 0 0 0 0-0 0

 

Google+ WhatsApp ok.ru