Türkiyə millisi mərhələ keçmək şansını saxlayır

Türkiyə millisi mərhələ keçmək şansını saxlayır

"Avro-2016"da daha iki oyun yekunlaşıb.
 
Modern.az saytı xəbər verir ki, bu dəfə  Çexiya və Türkiyə yığmaları üz-üzə gəlib. Türkiyə millisi Avropa Çempionatının qrup mərhələsindəki son oyununda hesabı 10-cu dəqiqədə açıb. Belə ki, Burak Yılmaz Çexiya  komandasının qapısına yol taparaq Türkiyəni hesabda önə çıxarıb. Oyunun 65-ci dəqiqəsində isə Ozan Tufan ikinci qolu Çexiya yığmasının qapısına vurub. Amma Fatih Terimin komandasının bundan artığına gücü çatmayıb.
Bu məğlubiyyətlə "Avro-2016" ilə vidalaşıb.
Qrupun digər qarşılaşmasında isə Xorvatiya İspaniya yığmasını 2-1 hesabı ilə məğlub edib.
 

Google+ WhatsApp ok.ru