Təcridxanada saxlanılan MTN generalının səhhəti pisləşdi

Təcridxanada saxlanılan MTN generalının səhhəti pisləşdi

-- Hakim növbəti iclası fevralın 15-ə təyin edib.

Bu gün Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.
 
Hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə məlum olub ki, təqsirləndirilən şəxs Vüsal Ələkbərov məhkəməyə gətirilməyib.
 
Məlum olub ki, Bakı İstintaq Təcridxanasında Vüsal Ələkbərovun səhhəti pisləşib və bu səbəbdən onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Hakim növbəti iclası fevralın 15-ə təyin edib.
 
Məhkəmənin hökmü ilə V. Ələkbərovun hərbi rütbəsi alınmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə V. Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmişə verilib.
 
Hökmə əsasən həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılıb və həmin qərarın surəti icra olunması üçün adiyyatı üzrə prokurorluğa göndəriləcək.
 

Google+ WhatsApp ok.ru