UEFA-ya yeni prezident seçildi

UEFA-ya yeni prezident seçildi

 

UEFA-nın yeni prezidenti seçilib. 

 

Bu gün Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin qalib gəlib.

Çeferin 55 səsdən 45-ni toplayıb. Sloveniyalı UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqı qabaqlayıb.

 

Xatırladaq ki, AFFA səsvermədə Çeferinə səs verəcəyini öncədən açıqlamışdı. Sloveniyalı qurumun tarixinə 7-ci prezident kimi düşüb.

 

O, fransalı Mişel Platininin vəzifəsindən kənarlaşdırılmasından sonra boş qalan posta yiyələnib. (modern.az) /

Google+ WhatsApp ok.ru