Vəkil Elçin Sadıqovu Şirin Abbasovla görüşə buraxmırlar

“Qanunvericiliyin tələbinə görə vəkil müdafiə etdiyi şəxslə görüşüb ona təqdim edildikdən sonra, vəkilin özünün iştirakı ilə imtina edə bilər”

“İndi DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gəlirəm. Görüşə icazə vermədilər. Nəzarət buraxılış məntəqəsindən dedilər ki, Şirin Abbasov səndən imtina edib, görüşmək istəmir. Qanunvericiliyin tələbinə görə vəkil müdafiə etdiyi şəxslə görüşüb ona təqdim edildikdən sonra, vəkilin özünün iştirakı ilə imtina edə bilər”.
 
Bu barədə Meydan TV-yə danışan vəkil əlavə edib ki, 2012-ci ildə Quba hadisələri zamanı jurnalisti Vüqar Qonaqovu da ondan imtina etməyə məcbur etdirmişdilər: “Sonradan onun özü bu barədə məlumat yaymışdı”.

Google+ WhatsApp ok.ru