Vəkillər Kollegiyası: `Elçin Sadıqova xəbərdarlıq edilməyib` 04 Aprel 2016 01:00 Hüquq "Aprelin 1-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında vəkil Elçin Sadıqova xəbərdarlıq edilməyib". Bunu "Report"a Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin üzvü İradə Cavadova deyib. İ.Cavadova bildirib ki, VK-nın Rəyasət Heyətinin iclasında heç E.Sadıqovun işinə baxılmayıb: "Düzdür, həmin iclasda vəkil Müzəffər Baxışovun Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib. Həmçinin iclasda digər vəkil Bəhruz Bayramova da töhmət verilməsi barədə qərar qəbul olunub. Lakin Elçin Sadıqovun nə işinə baxılıb, nə də ona xəbərdarlıq edilib". Qeyd edək ki, aprelin 1-də VK-nın Rəyasət Heyətinin iclasında vəkil Müzəffər Baxışovun VK-nın üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib. Bundan başqa, digər vəkil Bəhruz Bayramova da töhmət verilməsi barədə qərar qəbul olunub. Vəkil Elçin Sadıqov isə özünün "facebook" səhifəsində ona VK-nın Rəyasət Heyətinin iclasında xəbərdarlıq edildiyini yazıb. Teqlər : #Vəkillər Kollegiyası: `Elçin Sadıqova xəbərdarlıq edilməyib`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vəkillər Kollegiyası 3 tanınmış vəkili cəzalandırdı Yunusların şikayətinə baxılacaq