Vaqif Əsədov: `Bu il Bakıda 45 mindən artıq piyada cərimələnib`

"2015-ci ilin əvvəlindən indiyədək Bakı şəhər üzrə 45 mindən artıq piyada saxlanılaraq inzibati qaydada cərimələnib". Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
O bildirib ki, piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması istiqaməti üzrə idarə tərəfindən lazımi tədbirlər görülür: "Bakı şəhəri üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində piyadaların vurulması halları ümumi hadisələrin 51,6 faizini təşkil edir".

Google+ WhatsApp ok.ru