VİDEO: Möhtəşəm Olimpiya stadionundan son görüntülər

Olimpiya stadionunun inşası sona yaxınlaşır. 
 
Arenada oturacaqlar quraşdırılıb və yaxın günlərdə stadionun giriş qapıları qoyulacaq. Stadionda VİP otaqların təmiri başa çatdırılıb. Bu günlərdə arenaya səs sisteminin quraşdırılması həyata keçirilir. Ot örtüyü üçün toxum səpilib və yaxın aylarda otun hazır olacağı gözlənilir. Olimpiya stadionunda bütün işlərin martın əvvəlinə qədər başa çatdırılacağı gözlənilir.
 
Qeyd edək ki, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu arenada keçiriləcək.

Google+ WhatsApp ok.ru