Vergilər Nazirliyi daha bir məşhur şirkəti məhkəməyə verib

Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsi “Bakı Körpü Tunel” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
"Report"un xəbərinə görə, Vergilər Nazirliyi siyahıya alınmış əmlakın açıq hərracda satılmasını tələb edir.
İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Google+ WhatsApp ok.ru