Xədicə İsmayılın məhkəməsi təxirə salınıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayıla verilən pul cəzası ilə bağlı apelyasiya şikayətinə baxılıb.
 
Hhakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “bayraqdar” ləqəbli Elman Türkoğlu və onun nümayəndəsi prosesdə iştirak etmədiyi üçün təqsirləndirilən tərəf prosesin təxirə salınmasını istəyib. 
 
Apelyasiya şikayəti aprelin 28-nə təxirə salınıb. Qeyd edək ki, Elman Məmmədov (Türkoğlu) şərəf və ləyaqətinin jurnalist Xədicə İsmayıl tərəfindən təhqir olunduğu ilə bağlı məhkəməyə müraciət edib. X. İsmayılovaya Cinayət Məcələsinin 147-ci maddəsi ilə cinayət işi başlanıb.
 
Birinci instansiya məhkəsi jurnalist Xədicə İsmayıla 2500 manat cərimə təyin edib. 
 
Jurnalist qərardan apelyasiya şikayəti verib.

Google+ WhatsApp ok.ru