Xədicə İsmayılovanın müdafiəçiləri ilə bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
 
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılovanın vəkillərinin iclasa qatılmadıqları bildirilib.
 
X. İsmayılova onların üzrlü səbəbdən prosesə qatılmadıqlarını bildirsə də, hakim bu barədə məhkəməyə hər hansı müraciət edilmədiyini deyib.
 
Vəkillərin səbəb göstərilmədən prosesə qatılmadıqları elan olunub və bununla bağlı Vəkillər Kollegiyasına müraciət olunması qərara alınıb.
 
Prosesdə qeyri-müəyyən vaxta qədər fasilə elan edilib.

Google+ WhatsApp ok.ru