Xədicə İsmayılovanın məhkəməsi yenidən başlayıb

Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılovanın işi üzrə proses yenidən başlayıb.
 
Əvvəlki günlərdə olduğu kimi, ictimaiyyət nümayəndələri, X.İsmayılovanın qohumları və həmkarları zala buraxılmayıb. Eyni zamanda məhkəmə icraçıları Böyük Britaniya, Almaniya və Avropa İttifaqı səfirliklərinin diplomatlarını içəri buraxıblar. Lakin Norveç təmsilçisi buraxılmayıb.
 
Qeyri-rəsmi məlumatlara görə, bu gün dövlət ittihamçısının çıxışı gözlənilir.

Google+ WhatsApp ok.ru