Xədicə İsmayılovanın şikayəti təmin olunmayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Xədicə İsmayılovanın apellyasiya şikayətinə baxılıb.
 
X. İsmayılovanın vəkili Fariz Namazlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, bayraqdar Elman Türkoğlu X. İsmayılovaya qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edib. O, müraciətində X. İsmayılova tərəfindən təhqir olunduğunu bildirib. Məhkəmə Elman Türkoğlunun şikayəti əsasında Xədicə İsmayılovanın 2500 manat cərimələnməsi barədə qərar qəbul edib.
 
Həmin qərardan narazı qalan X. İsmayılovanın vəkilləri apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını istəyiblər.

Google+ WhatsApp ok.ru