Xədicə İsmayılovanın məhkəməsi təxirə salınıb

Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb.
 
Maide.az xəbər verir ki, İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə hakim, ilkin baxış iclasının qərarının X.İsmayılovanın aldığını bildirib: “Qanunvericilikdə nəzərdə tutulub ki, məhkum həmin qərardan bir ay müddətinə kassasiya şikayəti verə bilər. Həmin müddət bitmədiyinə və Xədicə İsmayılova tərəfindən kassasiya şikayəti verilmədiyinə görə proses noyabrın 19-dək təxirə salınır".
 
Xatırladaq ki, X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7,5 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunur.

Google+ WhatsApp ok.ru