Xədicə İsmayılova barəsində hökmdən verilən kassasiya şikayəti icraata verilib

Həbsdə olan jurnalist Xədicə İsmayılova barəsində hökmdən verilən kassasiya şikayəti icraata verilib.
 
Virtualaz.org saytının məlumatına görə, bu barədə vəkil Yalçın İmanov öz “Facebook” səhifəsində bildirib. Vəkilin sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Kassasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum deyil.
 
Xatırladaq ki, X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib.

Google+ WhatsApp ok.ru