Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv ediləcək

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Maide.az-a verilən məlumata görə, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, vergilərin yığılmasında təşkilati işlərin gücləndirilməsi, əhalidə vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə vergilər nazirinin 1 oktyabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.

Google+ WhatsApp ok.ru