Yüksək təzyiqdən əziyyət çəkənlər oxusunlar

Yüksək təzyiq qan damarları içindəki yüksək təzyiq, ürək və böyrək xəstəliyi kimi sağlamlıq problemlərinə səbəb olur. Yüksək təzyiq illər boyu əlamətlərini büruzə verməyə bilər. Lakin bu müddətdə göz, böyrək, beyin və ürəkdə ciddi problemlərə səbəb ola bilər.
 
Yüksək təzyiqin iki tipi var:
 
Primer hipertoniya - səbəbi bilinməyən yüksək təzyiq əsasən yetişkin dövrlərdə olur.
 
Sekonder hipertoniya - səbəbi olan, lakin bilinməyən vəziyyətdə yaranan yüksək təzyiq. Bunlara böyrək xəstəlikləri, adrenal - böyrəküstü şişlər, tiroid xəstəlikləri, bəzi dərmanlar (doğuş dərmanları, soyuqdəymə dərmanları, kokain və s.), xroniki spirtli içki istifadəsi, yuxu gətirən dərmanlar və s. daxildir
 
Yüksək təzyiqin risk faktorları:
 
  • Yaş: kişilərdə 45, qadınlarda 65-dən sonra risk artır
  • İrq: ağdərili insanlarda daha çoxdur
  • Ailə ilə bağlı
  • Piylənmə
  • Hərəkətsiz həyat tərzi
  • Siqaret
  • Duzu bol olan pəhriz
  • Potasiumdan kasad pəhriz
  • D vitamini çatışmazlığı
  • Spirtli içki
  • Stress
  • Xroniki vəziyyətlər: xroniki böyrək xəstəliyi, yuxu kimi problemlər
Yüksək təzyiq nəzarət altına alınmadıqda bu kimi problemlər yaradır:
 
1. İnfarkt riski: Yüksək qan təzyiqi damarları sərtləşdirir və qalınlaşdırır. Bu cür vəziyyət infarkta səbəb olur.
 
2. Anevrizma: Yüksək qan təzyiqi qan damarlarını zəiflədərək balonlaşmasına və anevrizmanın yaranmasına səbəb olur. Bir anevrizma deşilərsə, həyati təhlükə yarana bilər.
 
3. Ürək çatışmazlığı: Damarlardakı qan yüksək təzyiqə məruz qaldığı üçün daha çox işləmək məcburiyyətində qalır. Qalınlaşan ürək əzələləri bədənin ehtiyaclarını qarşılaya bilmir və ürək çatışmazlığı yaranır.
 
4. Böyrək və qan damarlarında daralma və zəifləmə: bu cür vəziyyət də orqanların normal işləməsinə mane olur.
 
5. Göz damarlarının qalınlaşması, daralma və yırtılma: Bu cür vəziyyət görmə qabiliyyətinə mane olur.
 
6. Metabolik sindrom: Bu cür vəziyyət yüksək insulin səviyyəsi ilə müşahidə edilir. Bu isə diabet, ürək xəstəlikləri meydana gətirir.
 
7. Yaddaş və qavrama qabiliyyəti problemləri: Nəzarət edilə bilməyən yüksək qan təzyiqi xatırlama, öyrənmə qabiliyyətini zəiflədir.(lent.az)

Google+ WhatsApp ok.ru