İnanclı fəal Razi Hümbətovun apellyasiya məhkəməsi keçirilib

İnanclı fəal Razi Hümbətovun apellyasiya məhkəməsi keçirilib

İnanclı və ictimai fəal Razi Hümbətovun apellyasiya məhkəməsi keçirilib. 
 
Maide.az  xəbər verir ki, bu barədə vəkil C.Cavadov bildirib. 
 
C. Cavadov  bildirib ki, apelyasiya məhkəməsi  Nərimanov rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 
 
“Bu gün Nərimanov rayon məhkəməsinin Razi Hümbətov barəsindəki həbs qəti imkan tədbirinin seçilməsi qərarından apellyasiya şikayətimizə baxıldı. Apellyasiya şikayətimiz təmin olunmadı. Hümbətov Razi Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunur. Razi ittihamları qəbul etmir.”
 
C.Cavadov  R.Hümbətovun ilkin etiraflarının  təzyiq altında olduğunu qeyd edib və bildirib ki, biz həmin halların araşdırılması ilə bağlı ayrıca müraciət edəcəyik.  
 
Məhkəmədə iştirak edən Razi Hümbətovun valideynləri və yaxınları  Razinin bu maddə ilə ittiham olunmasını absurd və şər böhtan hesab edirlər . Onlar R.Hümbətovun qəsəbədə yayılan narkomaniyaya qarşı  mübarizə apardığını  bildirirlər.   
 
Qeyd edək ki, R.Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçib.
 

Google+ WhatsApp ok.ru