Yunuslara hökm oxundu-Video

Leyla Yunus - 8.5 il, Arif Yunus 7 il

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Leyla və Arif Yunuslara hökm oxunub. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus is 7 il həbs edilib.

Vəkil Əfqan Məmmədov məhkəmədən sonra jurnalistlərə deyib ki, bu günkü məhkəmədən bəraət hökmü gözləyirdi:

"Düzdür, amma daxilən bilirdik ki, həbs olacaq. Ona görə də Leyla xanım da, Arif bəydə həbsə hazır idilər. Hakim bir saat hökm oxudu. İttiham aktında nə yazılmışdısa, hökmdə də eyni ilə təkrarlandı".

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar. 

Dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəmişdi. azadliq /

Yunusların məhkəmə zalından ən son görüntülərini təqdim edirik.

Google+ WhatsApp ok.ru