Yüz minə yaxın sürücü məsuliyyətə cəlb olunub

Təhlükəsizlik kəmərlərindən istifadə edənlərın sayında kəskin azalma var.
 
Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə ciddi xəbərdarlıq edib və 5 ay ərzində bu qaydanı pozanların statistik rəqəmlərini açıqlayıb.
 
“Paytaxtda sükan arxasında təhlükəsizlik kəmərlərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə edən sürücülər 40 manat, eləcə də təhlükəsizlik kəmərlərilə təchiz olunan və həmin avtomobildə gedən sərnişinlər kəməri vurmadıqda isə 30 manat məbləğində cərimə olunurlar. 2015-ci ilin əvvəlindən bugünədək təhlükəsizlik kəmərlərini bağlamadan nəqliyyat vasitəsini idarə edən 96 min 500 sürücü barəsində inzibatı xəta haqqında protokol tərtib edilib”, - deyə BŞDYPİ-nin mətbuat katibi Kamran Əliyev bildirib.

Google+ WhatsApp ok.ru