Zika virusunun qadından kişiyə keçmə halı ilk olaraq ABŞ-da qeydə alınıb

Zika virusunun qadından kişiyə keçmə halı ilk olaraq ABŞ-da qeydə alınıb

Nyu-Yorkun şəhərində Zika virusunun qadından kişiyə keçmə halı qeydə alınıb..
 
Maide.Az xarici KİV-lərə istinadən bildirir ki, virus qadından kişiyə müdafiəsiz cinsi əlaqə ilə keçib. 
 
İndiyədək yalnız bu bilinirdi ki, virusun birbaşa daşıyıcıları kişilərdir. Son hadisə bunu göstərdi ki, tək kişilər yox, eyni zamanda qadınlar da bu yolxucu virusun daşıyıcıları hesab edilir.
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Zika virusunun 64 ölkəyə yayıldığını açıqlayıb.
 
Zika virusu nədir?
 
Virus Aedes aegypti adlanan və özündə denge qızdırması və sarı qızdırma gəzdirən cücü sancması nəticəsində yayılır.
 
Virus 1940-ci ildə Afrikada kəşf edilib, lakin Latın Amerikasında indi yayılıb.
 
Alimlər deyir ki, mikrosefaliya ilə bu virus arasında əlaqələrin olması barədə dəlillər çoxalır. Virus qızdırma və səpki yaratsa da, bəzi insanlarda heç bir simptomu hiss edilmir.
 
Virusun müalicəsi yoxdur.
 
Onunla yeganə mübarizə yolu, sancılmış yeri keyitmək və ağcaqanad sancmasından qorunmaqdır.
 
Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxma halları artıq 48 ölkədə aşkar olunub. /

 

Google+ WhatsApp ok.ru