Zinəddin Zidanın oğlu “Real”-ın heyətində debüt oyununda qol vurub - VİDEO 01 Dekabr 2016 02:00 İdman İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin cavab qarşılaşmaları keçirilir. “Real” öz meydanında “Leonesa” ilə oynayıb. İlk oyunda 7:1 hesabı ilə qələbə qazanmış “kral klubu” bu dəfə də darmadağına sevinib. Madridlilər bu dəfə 6:1 hesablı qələbə qazanıblar. Oyunun əsas məqamlarından biri baş məşqçi Zinəddin Zidanın oğlu Enzo Zidanın əsas komanda ilə ilk rəsmi matçına çıxması olub. İkinci hissənin əvvəlində İskonun yerinə oyuna daxil olan 21 yaşlı Enzo debüt matçındaca fərqlənməyi bacarıb. Görüşdəki digər qolları Mariano Diaz Mexia (3), Xames Rodrigez, Sezar Orteqa (öz qapısına) vurub. (apa) / Teqlər : #Zinəddin Zidanın oğlu Realın heyətində debüt oyununda qol vurub VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Qarabağ`ın məşqçi və oyunçuları cəzalandırıldı FİFA bütün çempionatlarda sükut elan edib