İlahiyyatçı Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib

İlahiyyatçı Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
 
Bu barədə APA-ya vəkil E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. O bildirib ki, hökmdən şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.
 
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 illik həbs cəzası verilib. /

Google+ WhatsApp ok.ru