İlahiyyatçı Elşən Mustafaoğlunun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

İlahiyyatçı Elşən Mustafaoğlunun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 24-nə təyin edilib
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri, ilahiyyatçı  Elşən Mustafaoğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki,  Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 24-nə təyin edilib.
İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. /

Google+ WhatsApp ok.ru