“Qalatasaray”ın baş məşqçisi istefaya göndərilib 14 Fevral 2017 02:00 İdman “Qalatasaray” futbol klubunun baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərilib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, müvafiq qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub. Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir. Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”-ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokunu qazanıb. Hazırda Türkiyə Superliqasında “Qalatasaray” lider “Beşiktaş"dan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb. / Teqlər : #Qalatasarayın baş məşqçisi istefaya göndərilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ən gözəl qol, qurtarış və ötürmə - Ötən həftənin ən yaxşıları - VİDEO Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür