Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı 13 Oktyabr 2021 15:38 Xəbərlər Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur" - deyə, məlumatda bildirilir. Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Gəncədə partlayış səsləri eşidilməsi ilə bağlı xəbərlər yayılıb. Teqlər : #Müdafiə,#Nazirliyi,#Gəncədəki,#partlayış,#səsləri,#barədə,#açıqlama,#yaydı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Norveçin Baş naziri və hökuməti istefa verib Samirra İmam Həsən Əskərinin (ə) şəhadətinə hazırlaşır - FOTO