Samirra İmam Həsən Əskərinin (ə) şəhadətinə hazırlaşır - FOTO 13 Oktyabr 2021 18:22 Xəbərlər İraqın Samirra şəhərindəki Əskəreyn (ə) İmamlarının mütəhhər hərəmində Rəbiül-əvvəl ayının 8–nə (15 oktyabr) təsadüf edən İmam Həsən Əl-Əskərinin (ə) müsibətli şəhadətini anmaq məqsədilə matəm hazırlığı görülür. Maide.Az xəbər verir ki, Əskəreyn (ə) İmamlarının hərəmində matəm hazırlığı işləri hüznü əks etdirən rəmzlərin asılması ilə başlayıb. Müqəddəs ziyarətgahın dəhlizlərinin hər tərəfi qaralara bürünüb. Artıq şəhərdə müqəddəs ziyarətgaha gedən yollarda səyyar xəstəxanalar, istirahət və qidalanma xidmətləri təqdim edən çadırlar qurulub. Bundan başqa, ziyarətgaha gələn zəvvarların çoxluğu nəzərə alınaraq, hərəmin həyətində və çölündə yerə xeyli sayda xalça döşənib. Teqlər : #Samirra,#İmam,#Həsən,#Əskərinin,#(ə),#şəhadətinə,#hazırlaşır,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır