Livan parlament seçkilərinin vaxtı açıqlanıb 19 Oktyabr 2021 14:30 Xəbərlər Livan parlamenti bu gün keçirdiyi iclasda növbəti parlamet seçkilərinin keçirilmə vaxtını açıqlayıb. Maide.Az xəbər verir ki, Parlamentin qərarı ilə növbəti seçkilər 27 mart 2022-ci il tarixdə keçiriləcək. Qeyd edək ki, Livan siyasi qrupları ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq, parlament seçkilərinin vaxtında (27 martda) keçirilməsini tələb etmişdilər. Livan parlament idarəetmə sistemi ilə idarə olunur, baş nazir və prezidenti parlamet seçir. Bu ölkədə parlament seçkiləri hər dörd ildən bir keçirilir. Sonuncu parlament seçkiləri 2018-ci ildə keçirilib. Teqlər : #Livan,#parlament,#seçkilərinin,#vaxtı,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyaya qarşı müdafiəmizi artırdıq - NATO NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq