İraq parlamenti buraxılıb 07 Oktyabr 2021 10:58 Xəbərlər İraq parlamenti buraxılıb. Maide.Az “Sky News Arabic”ə istinadla xəbər verir ki, bu barədə İraq spikeri Məhəmməd əl-Halbusi məlumat verib. Bildirilir ki, buna səbəb növbəti parlament seçkilərinin keçirilməsidir. “Artıq hazırkı parlament öz işini yekunlaşdırdı və növbəti seçkilərə getmək üçün buraxıldı”,-deyə M.Əl-Halbusi qeyd edib. Xatırladaq ki, İraqda növbəti parlament seçkiləri oktyabrın 10-da keçiriləcək. Müxtəlif partiyaları təmsil edən və müstəqil 3243 namizəd 329 yer uğrunda mübarizə aparacaq. Teqlər : #İraq,#parlamenti,#buraxılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının 7-ci və 8-ci mikrorayonlarında su kəsiləcək Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi