Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb 15 Oktyabr 2021 16:08 Xəbərlər Bu il sentyabrın 26-da Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb. Maide.Az xəbər verir ki, Almaniya Federativ Respublikası Seçki Komissiyasının sədri Georq Til bu gün Bundestaqda rəsmi nəticələri açıqlayıb. Rəsmi nəticələrə əsasən, Almaniya Sosial-Demokrat Partiyası 25,7% səslə seçkidə qalıb gəlib. Mühafizəkar Xristian-Demokrat və Xristian-Sosialist ittifaqları bloku 24,1% səs toplayıb. Bu, blokun tarixində ən pis göstəricidir. Liberal Azadlıq Demokratik Partiyası seçicilərin 11.5%, “İttifaq-90/”Yaşıllar” 14,8, “Almaniya üçün Alternativ” partiyası 10,3% səsini alıb. Həmçinin, Sol Partiya 4,9% səslə Bundestaqa düşə bilib. Qeyd edək ki, Federal Seçki Komissiyası parlament seçkilərində seçici fəallığının 76,6% olduğunu açıqlamışdı. Teqlər : #Almaniya,#Bundestaqına,#keçirilmiş,#seçkilərin,#yekun,#nəticələri,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Oktyabrın 18-dən hava qeyri-sabit olacaq - XƏBƏRDARLIQ Moskva metrosunda 'üz tanıma sistemi ilə ödəniş' oldu