2018-ci il dünya çempionatının püşkatma mərasimi Kremldə keçiriləcək 23 Yanvar 2017 02:00 İdman Bu barədə Rusiya Futbol İttifaqının prezidenti açıqlama verib Futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvadakı Kreml Qurultaylar Sarayında keçiriləcək. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Baş nazir Dmitri Medvedevin keçirdiyi iclasda Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib. O, püşkatma mərasiminin bu il dekabrın 1-də baş tutacağını deyib: "FİFA-ya püşkatmanın Kremldə keçirilməsini təklif etdik. Bütün bunlar FİFA-nı qane edir. İndi isə püşkatma mərasiminə hazırlaşırıq". Qeyd edək ki, DÇ-2018 Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Hazırda çempionatın ayrı-ayrı qitələr üzrə seçmə mərhələsi keçirilir. Avropa zonasında seçmə mərhələdə C qrupunda yer alan Azərbaycan millisi 4 oyundan sonra 7 xalla 3-cü pillədə qərarlaşıb. Teqlər : #2018ci il dünya çempionatının püşkatma mərasimi Kremldə keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru FİFA-ya tarixi cəza Həftənin ən gözəl qolları, ötürmə və qurtarışları - VİDEO