FİFA-ya tarixi cəza

FİFA-ya tarixi cəza

Transfer məsələlərindəki qanunsuzluğa görə klubları cəzalandırmasına öyrəşdiyimiz FİFA bu dəfə özü eyni taleyi yaşayıb.
 
Ali futbol qurumu Belçika məhkəməsi tərəfindən cəzalandırılıb.
 
Belə ki, Belçika məhkəməsi fransalı yarımmüdafiəçi Lassana Diarranın 2015-ci ildə "Şarlerua" klubuna transferinə əngəl olduğu üçün FİFA-ya və Belçika Futbol Federasiyasına cəza kəsib. Məhkəmə bu iki qurumu ümumilikdə 6 milyon avro məbləğində cərimələyib.
 
Qeyd edək ki, 2015-ci ildə "Marsel" klubu ilə anlaşan Lassana Diarra hazırda da bu klubun formasını geyinir. (apa) /
 
Image result for lassana diarra

Google+ WhatsApp ok.ru