90 günlük viza

90 günlük viza

-- MM-dən qərar

Milli Məclisdə Miqrasiya Məcəlləsinə dəyişiklik edilib.
 
Maide.Az  xəbər verir ki, qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, hazırda ölkədə elektron qaydada yalnız birdəfəlik viza verilir:
 
“Təklif edilən dəyişiklik çoxdəfəlik vizaların da elektron qaydada həyata keçirilməsinə imkan verəcək. Bu vizaların müddəti isə 90 gündür. Qanunun 38.1-ci maddəsinin ikinci cümləsinə "30 günədək" sözlərindən sonra "çoxdəfəlik vizada isə 90 günədək" sözləri əlavə ediləcək”. (Teleqraf)
 

Google+ WhatsApp ok.ru