“Qarabağ” “Tvente”yə qarşı

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Maide.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” cari mövsüm qitənin ikinci dərəcəli klub turnirində ilk matçına çıxacaq.

 

Çempionlar Liqasında uğursuzluq yaşayan və mübarizəni daha zəif turnirdə davam etdirən Ağdam təmsilçisi Hollandiya “Tvente”si ilə görüşəcək. Tarixində 4-cü dəfə Avropa Liqasının pley-offunda oynayacaq Qurban Qurbanovun yetirmələri tilsimi qırmağa çalışacaq.

 

Belə ki, “Qarabağ” bu mərhələdə qələbə nə olduğunu bilmir. İlk pley-offunda məhz “Tvente”yə uduzan ağdamlılar 5 il əvvəlkinin qisasını almaq əzmindədir.

 

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
21:00. "Qarabağ" - "Tvente" (Hollandiya)

Baş hakim: Manuel Qrafe (Almaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Google+ WhatsApp ok.ru