Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub

Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub.
 
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avqustun 22-də paytaxtın Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirlərini təhqir edən Xəzər rayon sakini, ruhi xəstə Nüsrət Qulam oğlu Qasımov tutulub.
 
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs bu gün - sentyabrın 24-də, səhər saatlarında, Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanmış və istintaqa təhvil verilmişdir.
Qeyd edək ki, göstərilən tarixdə naməlum şəxslər İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

Faktla bağlı istintaq davam etdirilir.

Google+ WhatsApp ok.ru