Mövsüm Səmədovun `kars` müddəti daha 7 gün uzadıldı

Azərbaycan İslam Partiyasının sədri hacı Mövsüm Səmədovun sentyabrın 19-da yeni köçürüldüyü 12 saylı cəzaçəkmə müəssisəsində 5 gün müddətinə cərimə təcridxanasına (karsa) salındığını xəbər vermişdik.
 
Bu gün  Mövsüm Səmədovun “kars” müddəti  başa çatdığı üçün AİP-in mətbuat xidməti 12 saylı cəzacəkmə müəssisəsi ilə əlaqə saxlayaraq bu məsələ ilə maraqlanıb.
 
Həbsxanadan verilən məlumata görə, məhkumun cərimə təcridxanasındakı cəza müddəti daha 7 gün artırılıb.
 
Müəssisə rəsmisi müddətin artlrılması səbəblərinə aydınlıq gətirməyib.(islaminsesi)

Google+ WhatsApp ok.ru