Şəki müxalifətçiləri dörd sutka həbs ediliblər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki təşkilatının üç fəalı noyabrın 11-də dörd sutka inzibati həbs cəzası alıb.
 
Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (polisə tabe olmama) maddəsi ilə günahkar biliniblər.
 
Xatırladaq ki, onlar noyabrın 10-da axşam Şəkidə “Çay evi”ndə saxlanılıblar və növbəti gün məhkəmə qarşısında dayanıblar.
 
Məhkəmənin qərarı çərşənbə günü saat 23:00-da elan edilib. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib. Onun sözlərinə görə, fəallar uydurma ittihamlarla həbs olunublar. Həbsin əsl səbəbi Facebook-da hakimiyyətin ünvanına tənqidi yazılardır.
 
Belə ki, S.Həsənov rayon rəhbərini tənqid edib. Bundan sonra onu Şəki İcra Hakimiyyəti başçısının
 
müavininin yanına çağırıblar, lakin o getməyib.
 
Bundan əlavə, bu fəallar öncə dəö şəhərdə vicdan məhbusları Xədicə İsmayılova, Seymur Həzi, Asif Yusifli və başqalarının fotolarını yayıblar.

Google+ WhatsApp ok.ru