Arif Yunus azad edildi!

“Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus barəsində həbs qətimkan tədbiri dəyişirilib və o, ev dustaqlığına buraxılıb.
 
Bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədov qərar qəbul edib.
 
Belə ki, bu gün keçirilən məhkəmə prosesində Ədliyyə Naziliyinin Baş Tibb İdarəsinin A.Yunusun səhhəti ilə bağlı təqdimatına baxılıb.
 
Bundan sonra isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
 
"Yaxın qohumlarım məni satdı. Onlar həbsdə olduğum müddətdə mənim üçün heç yemək də gətirmirdilər. Yeməyi gətirən Azad İsazadə isə heç mənim qohumum da deyildi". Bunu jurnalistlərə açıqlamasında "Sülh və Demokratiya İnstitutu"nun eksperti Arif Yunus deyib. 
"Çox istərdim ki, Leyla da yaxın vaxtlarda azadlığa çıxsın", - o əlavə edib.

Google+ WhatsApp ok.ru